Cüdoçularımız Minsk-2019-a uğursuz başladılar

Bu gün 2-ci Avropa oyunlarında cüdoçular mübarizəyə qoşulublar. Allsport.az saytı xəbər verir ki, ilk gün millimiz üçün uğursuz olub. Gültac Məmmədəliyeva (52 kq) finlandiyalı Katri Kakkonunu üstələyib. Növbəti görüşdə o, polşalı Aqara Perencə məğlub olub. Təsəllivericidə idmançımız italiyalı Odette Giufridaya da uduzub.

Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi – 60 kq), Nicat Şıxəlizadə (66 kq); Aişə Qurbanlı (48 kq), Larisa Aleksandra Florian (52 kq), İçinxorloo Munxtsedev (57 kq) isə elə ilk tutaşmada yeniliblər.



Həmin kateqoriyadan