Cüdo millimizdən 4 qızıl və 5 gümüş medal: 66 kq-da medalları ölkə başçısı təqdim etdi

İslam oyunlarında cüdoçuların tutaşmalarının ilk günü Azərbaycan üçün çox məhsuldar keçdi. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Erdenebat Bazarraqça (48 kq) və Hidayət Heydərov (73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazandılar.

Rüstəm Orucov (73 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova (63 kq) gümüş mükafatla kifayətləndilər.

Parlaq qələbələrə ölkə başçısı İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva da canlı şahidlik etdi. 66 kq-da təltifetmədə cudoçulara medalları məhz Azərbaycan prezidenti təqdim etdi.

Həmin kateqoriyadan