Dünya birinciliyində medal qazanan ağırlıqqaldıranın şərəfinə oxuduğu məktəbdə tədbir

Aprel ayının 6-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Qubadlı rayon Aşağı Mollu kənd orta məktəbində yeniyetmələr arasında dünya birinciliyinin bürünc mükafatçısı olmuş Əli Şükürlünün bu uğuru münasibətilə xüsusi tədbir keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə ağırlıqqaldıranın məktəb və sinif yoldaşları, müəllimləri, məktəbin rəhbər heyəti, rayon və şəhər ictimaiyyətinin üzvləri və rəhbər şəxsləri, ailə üzvləri, yığma komandanın məşqçiləri və şəxsi məşqçiləri, həmçinin media nümayəndələri iştirak ediblər.

Məktəbin 9-cu sinif şagirdi olan Əli Şükürlü ABŞ-ın Las-Veqas şəhərində keçirilən yarışda qazandığı nailiyyət yetərincə böyük sevinclə qarşılanıb. Tədbir zamanı bunu görmək çətin deyildi. Dövlət himnimiz səslənəndən sonra başlayan mərasimdə çox sayda sözlər deyilib, müxtəlif siniflərdən olan şagirdlərin şeir, musiqi, rəqs, mahnı ifaları dinlənilib, atletimizə həsr olunmuş videoçarx nümayiş etdirilib. Əlinin yarışının maraqlı kompozisiya şəklində, xüsusilə də ingilis dilində yenidən səhnələşdirildiyi məqam xüsusilə diqqət çəkib və alqışlarla qarşılanıb.

Həmin kateqoriyadan