Dünya birinciliyində tarix yazan gənc cüdoçularımız Vətəndə

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçuların dünya birinciliyində böyük uğur qazanan komandamız Vətənə dönüb.

Allsport.az saytı xəbər verir ki, mötəbər yarışda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan, kişilərin komanda hesabında 1-ci olan, ümumi komanda hesabında yalnız Yaponiyadan geri qalan milli üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında ACF-in rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medala yetişiblər.

Həmin kateqoriyadan