Dünya çempionatının təqvimi dəqiqləşib

Sentyabrın 20-də Milli Gimnastika Arenasında start götürəcək cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, nüfuzlu yarışın püşkü sentyabrın 19-da “Hilton Baku”da atılacaq. Açılış sentyabrın 21-nə təyin olunub. Məşhur italiyalı müğənni Al Banonun qatılacağı və xüsusi proqramla müşayiət olunacaq tədbir saat 14:00-da başlanacaq. Bütün yarış günlərində fərdi görüşlər saat 10:00-da, final görüşləri isə saat 16:00-da start götürəcək. Yalnız son günə – sentyabrın 27-nə təsadüf edəcək qarışıq komanda yarışlarının startı saat 9:00-a təyin olunub.

19 sentyabr
14:00. Fərdi və komanda yarışlarının püşkatması

20 sentyabr

Qadınlar 48 kq / Kişilər 60 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

21 sentyabr

Qadınlar 52 kq / Kişilər 66 kq
10:00. İlkin görüşlər
14:00. Açılış mərasimi
16:00. Final görüşləri

22 sentyabr

Qadınlar 57 kq / Kişilər 73 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

23 sentyabr

Qadınlar 63 kq / Kişilər 81 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

24 sentyabr

Qadınlar 70 kq / Kişilər 90 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

25 sentyabr

Qadınlar 78 kq / Kişilər 100 kq
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

26 sentyabr

Qadınlar 78 kq-dan yuxarı / Kişilər 100 kq-dan yuxarı
10:00. İlkin görüşlər
16:00. Final görüşləri

27 sentyabr
09:00. Qarışıq komanda yarışları

Həmin kateqoriyadan