- Baxış sayı: 49
- 14 Aprel 2024 11:52
- Baxış sayı: 49
- Aprel 23, 2024
- 0
Litvanın Klaypeda şəhərində 23 yaşadək ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) medal uğrunda mübarizə aparır.
Qitə birinciliyində iştirak edən millimiz, artıq 1 dəfə sevinməyə imkan tapıb. “Goranboy-Zirvə” klubunun təmsilçisi Firudin Quliyev toplamda 328 kq-ın (144+184) öhdəsindən gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.