Hüseyn Əliyevin MMA döyüşlərində 7-ci qələbəsi

Azərbaycanlı idmançı Hüseyn Əliyev növbəti qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı kikboksçu Rusiyanın Nalçik şəhərində təşkil olunan MMA döyüşlərində uğurla çıxış edib.

Dünya kubokunun mükafatçısı olan təmsilçimiz Beynəlxalq Qafqaz Çempionatında (International Caucasian Fight Championship) rusiyalı Vaxa Şanxoyevlə qarşılaşıb.

3 raund davam edən görüşdə hakimlərin rəyi ilə qalib gələn Hüseyn Əliyev 9-cu sınağında 7-ci qələbəsini bayram edib.

Həmin kateqoriyadan