İMAC-ın prezidenti Yaşar Bəşirovla Rafael Məmmədovu fəxri medalla təltif edib

Azərbaycan Milli Karate Federasiyasının üzvü Rafael Məmmədov Rusiyanın Tolyatti şəhərində texniki seminar keçirib. Allsport.az saytı xəbər verir ki, Volqaboyu Döyüş Sənəti Akademiyasının dəvəti ilə 2 gün təşkil edilən toplantıda 100-dək yeniyetmə və gənc karateçilər iştirak edib.

Tədbirdən sonra Beynəlxalq Döyüş Sənəti Konfederasiyasının prezidenti (İMAC) Yuri Xamenko AMKF-in prezidenti Yaşar Bəşirovu və Rafael Məmmədovu karatenin dünyada inkişafına göstərdiyi dəstəyə və əldə edilən nəaliyyətlərə görə təşkilatın fəxri medalı ilə təltif edib, təcrübəni bölüşdüyü üçün minnətdarlığını bildirib. Ev sahibi azərbaycanlı mütəxəssisinin seminarını yüksək qiymətləndirib və qeyd edib ki, bu tədbir onun yetirmələrinin təcrübəsinin artmasında böyük rol oynayıb.

AMKF-in təlimatçıları və tanınmış idmançıları karatenin zəif inkişaf etdiyi ölkələrdə və regionlarda mütəmadi olaraq seminarlar keçirməklə uzun illər ərzində əldə edilən təcrübəni yaymaqda davam edirlər.

Həmin kateqoriyadan