“Kimyagərlər” gücünü “Şuşa-Qarabağ”la sınayıb

“Sumqayıt” yeni mövsümü üçün hazırlığını baş məşqçi Samir Abasovun rəhbərliyi ilə gündə 2 dəfə olmaqla davam etdirir. Allsport.az saytı xəbər verir ki, komanda təlim-məşq toplanışının 1-ci mərhələsi dövründə ilk yoxlama oyununu keçirib.

“Sumqayıt” “Şuşa-Qarabağ”ı minimal hesabla üstələyib. Oyunda yeganə qolu Mirabdulla Abbasov vurub. “Kimyaçılar” növbəti yoxlama oyununu iyulun 10-da “Zirə”yə qarşı keçirəcək. Qarşılaşma saat 18:30-da şəhər stadionunda baş tutacaq.

Həmin kateqoriyadan