Məmmədəli Mehdiyev “Böyük dəbilqə”də 3-cü yer tutdu, hesabına 500 reytinq xalı yazdırdı

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdoçuların “Böyük dəbilqə”si başa çatıb. Allsport.az saytı xəbər verir ki, millimiz 3-cü yarış günündə də medal qazanıb.

90 kq-da Məmmədəli Mehdiyev 3-cü yer üçün tutaşmada fürsəti fövtə verməyib. Daha öncə, Nicat Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) bürünc mükafata sahiblənmişdi.

Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan