Millimiz Moskvada təlim-məşqdə, sonra karate1 premyer liqasında

Karate millimiz Moskvada təlim-məşqlərdədir. Allsport.az saytı xəbər verir ki, dünəndən başlanan 10-günlük toplanışa 13 nəfər cəlb olunub.

Kumitedə baş məşqçisi Bahəddin Qandaz və böyük məşqçi Qurban Tağıyevin rəhbərliyi ilə hazırlığa Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq) İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) qatılıb. Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərova etimad göstərib.

Təlim-məşqlər başa çatdıqdan sonra karateçilərimiz 4-6 oktyabrda Rusiyanın paytaxtında karate1 premyer liqasında mübarizə aparacaqlar. Yarışlarda heyətə daha 7 nəfər qatılacaq. 

Həmin kateqoriyadan