“Qəbələ” AzAL-la oyunun hazırlığına başladı

“Qəbələ” Topaz Premyer Liqasının 20-ci turunun AZAL-la qarşılaşmasının hazırlığına başlayıb. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” ötən gün bir məşqlə kifayətlənib.

Qəbələdə baş tutan hazırlıq günün ikinci yarısına təsadüf edib. Roman Qriqorçukun yetirmələri əsasən toplu çalışmalara üstünlük verib.

Məşqdə yalnız zədəli Pavol Farkaş iştirak etməyib. “Bakı” ilə 19-cu turun qarşılaşmasında başından zədələndiyi üçün əvəzlənən ukraynalı hücumçu Ruslan Fomin isə komanda ilə birlikdə çalışmalarda iştirak edib.

Qeyd edək ki, “Qəbələ” – AZAL oyunu fevralın 6-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 14:00-da başlayacaq.

Həmin kateqoriyadan