- Baxış sayı: 76
- 15 Aprel 2024 13:51
- Baxış sayı: 50
- Aprel 23, 2024
- 0
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin 15 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün ikinci oyununu keçirib.
Allsport.az xəbər verir ki, bir gün öncə yerli “Antalyaspor”lu yaşıdları ilə qarşılaşan təmsilçimiz (0:2) bu dəfə “Kunduspor”un U-17 komandası ilə üz-üzə gəlib.
Matç 2:2 hesabı ilə yekunlaşıb. Təmsilçimizin heyətində Rüstəm Nuriyev və Eldost Qiyasbəyli fərqlənib. “Qırmızı-qaralar”ın toplanış çərçivəsində üçüncü – son oyunu yanvarın 18-də baş tutacaq. Rəqibin adına bu gün aydınlıq gələcək.