Rüstəm Orucov: Sevindiricidir ki, Uşanqi Kokauri qalib gələrək məğlubiyyətimi sığortaladı

“Komanda yarışı gərgin keçdi. Bütün rəqiblər bizə ciddi müqavimət göstərdi. Buna rəğmən, sonda qalib olmağı bacardıq”. Allsport.az saytı xəbər verir ki, bunu İslam oyunlarında komanda yarışında 1-ci yer qazanan millimizin üzvü Rüstəm Orucov dedi.

Rio-2016-nın gümüş mükafatçısının sözünə görə, Əlcəzairlə həlledici görüşdə məğlub olması durumu çətinləşdirsə də, yığmada yoldaşı onu yenilgisinin əvəzini çıxdı:

“Əlcəzair millisi final görüşümüz çox gərgin keçdi. Uduzdum, hesab 2:2 oldu. Sevindiricidir ki, komanda yoldaşım Uşanqi Kokauri qalib gələrək məni sığortaladı”.

Həmin kateqoriyadan