- Baxış sayı: 40
- 25 Aprel 2024 11:00
- Baxış sayı: 47
- Aprel 23, 2024
- 0
Almaniyanın Düsseldorf şəhərində cüdoçuların “Böyük dəbilqə”si davam edir. Allsport.az saytı xəbər verir ki, dünən uğursuz çıxış edən millimiz bu gün sükutu pozub.
Komandanın liderlərindən olan Rüstəm Orucov (73 kq) 1/4 finala qədər itkisiz irəliləyib. Bu mərhələdə yaponiyalı olimpiya və 4-qat dünya çempionu Ono Syoxeyə yenilən idmançımız, növbəti 2 tutaşmada müvafiq olaraq polşalı və rusiyalı rəqinlərinə qalib gələrək 3-cü yer tutub.
Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.