Sadıq Sadıqov dünya çempionatında yollanacaq cüdo millimizlə görüşüb

Avqustun 28-dən sentyabrın 3-dək Budapeştdə cüdo üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi bu mötəbər yarışda 17 nəfərlik (9 kişi, 8 qadın) geniş heyətlə təmsil olunacaq. ACF-də Macarıstanın paytaxtına yollanacaq komanda üzvləri ilə görüş keçirilib.

Yığıncaqda həm kişilərdən, həm də qadınlardan ibarət milli komandalarımızın məşqçiləri mötəbər çempiotanla bağlı keçirilmiş təlim-məşq toplanışları, eləcə də ümumi hazırlıqla bağlı məlumat veriblər. Cüdoçularımız yaradılan şəraitə görə ACF prezidenti Rövnəq Abdullayevə təşəkkürlərini bildirərək, göstərilən bu etimadı dünya çempionatında da doğruldacaqlarına inandıqlarını qeyd ediblər.

Cüdo federasiyasının vitse-prezidenti Sadıq Sadıqov milli komandamızın üzvlərinə beynəlxalq yarışlarda göstərdikləri əzmkarlığa görə öz minnətdarlığını bildirib və bu uğurların davamı üçün federasiya tərəfindən daim qayğı göstəriləcəyini idmançıların diqqətinə çatdırıb.

Həmin kateqoriyadan