Tərlan Əhmədov: “Futbolçular istədiyimiz kimi mübarizə apardılar”

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Komanda bundan öncəki turda çıxış etmədi. Müəyyən fasilə vardı. Yoxlama görüşü keçirə bilməsək də, futbolçularla söhbət etmişdim. Biz qələbə qazanmaqla ailəsində problem olan klubun vitse-prezidenti Fikrət Hüseynova dəstək nümayiş etdirdik. Həmişə demişəm – komanda öz oyununu irəliləyən vaxtlarda tapacaq. “Bakı” ilə matçda futbolçular biz istədiyimiz kimi mübarizə apardılar. Qələbə çox vacib idi. 3 xal qazanmaqla yanaşı, turnir cədvəlindəki yerimizi yaxşılaşdırdıq. Ümumiyyətlə, ev oyunlarında xallar itirməsəydik, daha yaxşı pillələrdə olardıq. Həmin xal itkiləri məni hələ də təəssüfləndirir. Qarşıda bizi “Xəzər Lənkəran”la oyun gözləyir. Heyətdə zədəli oyunçuların olması bizi qayğılandırır. Amma meydana çıxan futbolçular sübut etdilər ki, onlar da əsas heyətdə mübarizə aparmağa layiqdirlər”.

Həmin kateqoriyadan