Tural Safquliyevdan gümüş medal və 490 xal

Meksikada Kankun qran-prisində cüdomuz Tural Safquliyev (90 kq) yaxşə nəticə göstərib. Allsport.az saytı xəbər verir ki, o, yarışda gümüş medal qazanıb. Təmsilçimiz Çili, Rumıniya və ABŞ idmançılarına qalib gəlib, finalda ispaniyalı Nikoloz Şerazadaşviliyə uduzub.

Rüfət İsmayılov (90 kq) və Cəlil Şükürov (100 kq) ilk görüşdə mübarizəni dayandırıblar. Qeyd edək ki, mükafat yarışında ilk 3 yeri tutanlar müvafiq olaraq 700, 490, 350, 5-ci pillənin sahibləri 252, 7-ci sırada qərarlaşanlar 182 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan