Zaqatalada Şimal-Qərb regional birinciliyi başlayıb

Cüdo federasiyasının yeniyetmələr arasında region birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, bu dəfə zona yarışı Zaqatalada baş tutub.

Şimal-Qərb bölgə çempionatında Qax, Zaqatala, Şəki, Balakən və Mingəçevir şəhərinin 200-dən çox yeniyetmə cüdoçusu mübarizə aparır.

İlk gün 2004-2006-cı il təvəllüdlü 100 cüdoçu medallar uğrunda yarışıb. Qaliblərə ACF-in diplomları, medallar, hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan