11 «İdman elçisi» kimlərdir?

Bu gün ilk Avropa Oyunlarının idman elçiləri olacaq 11 Azərbaycan atleti məlum olub. Allsport.az sayt xəbər verir ki, sözü gedən «xoşbəxtlər» öz idman növlərini və ölkələrini təmsil etmək üçün seçiliblər. Onlar Bakı-2015-lə bağlı marketinq kampaniyalarında da iştirak edəcəklər. Açılış mərasimi yaxınlaşan zaman, həmçinin geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərə qatılacaqlar.

Seçilmiş idmançılar bunlardır: Suğra Müqabilzadə (oxatma), Nazim Babayev (atletika), Amil Həmzəyev (basketbol 3×3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina Durunda (gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol), Rövşən Bayramov və Mariya Stadnik (güləş).

Gənclər və idman naziri Azad Rəhimov bu barədə belə deyib: “Bu idmançılar ölkənin ən yaxşı idmançılarından bir neçəsidir və onlar Avropa Oyunlarının ən yaxşı idman elçiləri olduqlarını sübut edəcəklər. Biz onlardan Bakı 2015-in yaşadacağı həyəcanı ölkənin digər bölgələri ilə də paylaşmalarını istəyirik və əminəm ki, onların nailiyyətləri bütün Azərbaycan gənclərini həvəsləndirəcək”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu xoş hadisə haqda söyləyib: “Biz «İdman elçiləri» proqramı üzrə Bakı-2015 ilə birgə çalışmaqdan məmnunluq duyuruq. Avropa Oyunları idmançılarımız üçün beynəlxalq arenada bacarıqlarını, öz idman növləri və ölkələrini təmsil etmələri üçün son dərəcə mühüm imkandır və «İdman elçiləri» proqramı onlara öz karyeralarını inkişaf etdirməkdə yardımçı olacaq”.

Bakı-2015-in bu proqramı dünya miqyasında məlumatlılığın artırılmasına kömək edəcək tanınmış elçiləri də cəlb edəcək.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq demişdir: “İdman elçiləri» proqramı birinci Avropa Oyunlarına yardım etmək üçün Avropadan qalib olacağına ümid edən məşhur idmançıların dəstəyindən yararlanacaq və bunun uğurlu olacağına əminik. Göstərdikləri köməyə görə bütün Azərbaycan idmançılarına təşəkkür etmək istərdik və irəlidən gələn aylarda Bakı 2015-in təbliğ edilməsində onlarla birgə çalışmağı səbirsizliklə gözləyirik”.

Amil Hamzayev Rovshan Bayramov Sabina Mikina Sughra Mugabilzada

Həmin kateqoriyadan