- Baxış sayı: 17
- 02 Noyabr 2026 10:58
- Baxış sayı: 263
- Oktyabr 25, 2026
- 0

“Barselona”nın heyətində ciddi itki baş verib.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi Frenki De Yonq sıradan çıxıb.
Niderland millisinin üzvünün diz bağlarında yırtıq aşkarlanıb. 29 yaşlı futbolçu 2026-cı il başa çatanadək meydana çıxa bilməyəcək.
Frenki De Yonq 2025/26 mövsümündə “Barselona”nın heyətində meydana çıxdığı 38 rəsmi matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.