Alvares: “Messi əfsanə olduğunu sübut etməyə davam edir”

Alvares: “Messi əfsanə olduğunu sübut etməyə davam edir”

Argentina millisinin hücumçusu Xulian Alvares DÇ-2026-nın 1/8 finalında Misir üzərində qazanılan 3:2 hesablı qələbədən sonra təəssüratlarını bölüşüb.

Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçu komandanın əzmkar qələbəsini və Lionel Messinin çıxışını xüsusi vurğulayıb.

“Bu, sözlə ifadəolunmaz sevinc və böyük emosiyalardır. Oyunun son dəqiqələrini ehtiyat oyunçular skamyasında izləmək inanılmaz hiss idi. Leo əfsanə olduğunu sübut etməyə davam edir. Biz onunla eyni komandada çıxış etdiyimiz üçün çox xoşbəxtik”, – deyə Alvares bildirib.

Argentina millisi Misirlə qarşılaşmada 0:2 hesabı ilə geridə olsa da, əzmkar dönüş edərək 3:2 hesabı ilə qalib gəlib. Messi bu görüşdə bir qol vurub, bir məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan