23-cü duel

Premyer liqada qış fasiləsi başa çatır. Allsport.az əbər verir ki, mövsümün ikinci yarısı 19-cu turun oyunları ilə başlayacaq.

“Qəbələ” turun ilk matçında meydana çıxacaq. “Qırmızı-qaralar” yanvarın 24-də “Kəpəz”in qonağı olacaq.

Gəncədə baş tutacaq görüş komandaların 23-cü dueli kimi tarixə düşəcək. “Qəbələ” indiyədək 22 dəfə “Kəpəz”lə qarşılaşıb. Əvvəlki oyunların hamısı premyer liqa çərçivəsində baş tutub.

Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 10 qələbə olan “qırmızı-qaralar” 6 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Bu komanda top fərqində də öndədir – 29-17. Gəncəlilərlə duellərdə Baqali Dabo və Filip Ozobiç daha çox – hərəyə 3 qol vurub.

Səfərdə 4 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 4 məğlubiyyət alıb. Rəqib meydanında 14 qola sevinən “Qəbələ” futbolçuları 11 top buraxıb.

Yanvarın 24-də Gəncə şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Qəbələ” matçına saat 14:00-da start veriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish