- Baxış sayı: 36
- 08 Noyabr 2026 10:08
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qəbələ” premyer liqanın XI turunda səfərdə “Zirə”yə 1:2 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Yeton Bekiri bunu deyib:
“Oyunun böyük hissəsində yaxşı oynadıq. Sadəcə son 20 dəqiqədə yorulduq və fiziki çatdıra bilmədik. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçi üçün çox pis hissdir. “Zirə”nin qol vuran oyunçusunun ətrafında 5 futbolçumuz var idi. Onlar həmin anda rəqibə mane olmalı idilər. Nə etmək olar, bu, futboldur. Üzərində çalışmalı olduğumuz işlərimiz var”.