- Baxış sayı: 149
- 10 Aprel 2026 19:50
- Baxış sayı: 59
- Aprel 30, 2026
- 0

Millimiz Almaniyada karate1 premyer liqasında uğurlu çıxış edib.
Allsport.az saytı xəbər verir ki, 72 ölkədən 763 idmançı iştirak etdiyi yarışda Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) 2-ci yeri, Firdovsi Fərzəliyev (60 kq) 3-cü olublar. Şahin Atamov (+84 kq) bürünc medal uğrunda həlledici görüşdə hakim haqsızlığı üzündən mükafatsız qalıb.
Mövsümün son liqası 12-14 oktyabrdaTokioda keçiriləcək. Milli komanda Vətənə qayıtdıqdan sonra Yaponiyadakı yarışa hazırlıq məşqlərinə başlayacaq.