Almaniyalı stolüstü tennisçisi və yunan qılıncoynadanı Bakı 2015-in idman elçiləri oldular

Bu gün Bakı-2015 Avropa Oyunlarının Elçiləri olacaq daha 2 beynəlxalq idmançını elan edib. Allsport.az saytı xəbər verir ki, Alman stolüstü tennisçisi Dmitriy Ovtşarov və yunan qılıncoynadanı Vassiliki Vuqiuka məşğul olduqları idman növlərini təmsil edəcək. Onlar Avropa Oyunları reklam etmək üçün öz vətənlərində keçiriləcək genişmiqyaslı marketinq kampaniyalarında və sosial şəbəkədə fəal iştirak edəcəklər.

Ovtçarov hazırda dünyada altıncı idmançı sayılır və Almaniyanın stolüstü tennis komandasının tərkibində 2008-ci ildə keçirilmiş Pekin Olimpiya Oyunlarında gümüş medal qazanmışdır. O həmçinin həm kişilər arasında təkbətək, həm də komanda tərkibində 2012-ci ildə keçirilmiş London Olimpiya Oyunlarında bürünc medal qazanmışdır.

Vuqiuka qılıncoynatmanın sablya növü ilə məşğul olur və hazırda dünyada altıncı yerdə sıralanır. O 2010-cu ildə Budapeştdə keçirilmiş Qılıncoynatma üzrə Dünya Kubokunda qızıl medal qazanmış və bu, qılıncoynatma üzrə Yunan idmançısının ilk Dünya Kuboku olmuş və 2012-ci və 2013-cü illərdə keçirilmiş Avropa Çempionatlarında gümüş medalın sahibi olmuşdur.

Bakı 2015-in Baş Əməliyyat Direktoru Saymon Kleqq söyləyib: “Bu qisimdən olan beynəlxalq səviyyəli İdman Elçilərinin bir araya gəlməsi idman təqvimindəki bu yeni tədbirin əhəmiyyətindən xəbər verir. Əminəm ki, həm Dimitriy, həm də Vassiliki Oyunların təşviq edilməsində əllərindən gələni edəcək və Avropa idmanının inkişafında əhəmiyyətli rol oynayacaqlar”.

Hər iki atlet İrlandiyalı boksçu Katie Taylor, Taekvando komandasının atleti Jade Cons, Fransız ritmik gimnastı Kseniya Mustafaeva, Danimarkanın kanoye sprinteri Holten Pulsen və Serbiyanın 3×3 basketbol komandasının oyunçuları Dusan Domovik Bulut, Marko Savik. Marko Zdero və Decan Macstoroviç-in yer aldıqları İdman Elçiləri sırasına qoşulmuşlar.

26 yaşlı Ovtçarov söyləmişdir: Birinci Avropa Oyunları stolüstü tennisin statusunun qaldırılması və bu idman növünə yeni azarkeşlərin cəlb edilməsi üçün əla imkandır. Həmçinin qitəni bir araya gətirəcək yeni və irimiqyaslı idman tədbirində iştirak olduqca xoşagələn bir haldır. Oyunların tezliklə başlanmasını və Açılış Mərasimində bu idman növünün geniş şəkildə təşviq edilməsini səbirsizliklə gözləyirəm”.

28 yaşlı Vuqiuka söyləmişdir: Qılıncoynatma məşhur Avropa idman növüdür və bu idman növü ilə məşğul olan bir idmançı kimi Bakıda keçiriləcək birinci Avropa Oyunlarının reklam edilməsinə cəlb edilməkdən qürur duyuram. Dünya miqyasında keçirilən yarışlarda iştirak etmişəm və idmanın insanları necə bir araya gətirməsinin şahidi olmuşam və aylar öncə Bakı 2015-i tanınmaq üçün əlimdən gələni edəcəyəm”.

Vougiouka

Həmin kateqoriyadan