“Atletiko” ilə oyunu buraxacaq

“Atletiko” ilə oyunu buraxacaq

“Barselona”nın futbolçusu Jül Kunde “Atletiko”ya qarşı keçirəcəkləri la liqanın XII turunun oyununu da buraxacaq.

Allsport.az xəbər verir ki, buna cinah müdafiəçisinin sol topuğundakı güclü ağrılar səbəb olub.

Oktyabrın ortasında sıradan çıxan 27 yaşlı fransalı oyunçunun bərpa prosesi nəzərdə tutulandan daha uzun çəkir. O, Fransa yığmasının UEFA millətlər liqasında Türkiyə və İtaliya ilə qarşılaşmalarında da iştirak etməyəcək.

Xatırladaq ki, Jül Kunde cari mövsüm bütün turnirlərdə 8 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Əvvəl Rodrinin də “Atletiko” ilə görüşdə meydana çıxmayacağı açıqlanıb.

Həmin kateqoriyadan