- Baxış sayı: 24
- 05 Noyabr 2026 23:54
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Sanderlend” Avropanın bir neçə klubunun transfer siyahısında yer alan Brayan Brobbinin müqaviləsinin müddətini artırıb.
Allsport.az xəbər verir ki, Niderland milli komandasının hücumçusu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
“Sanderlend” Brayan Brobbini 2025-ci ilin yayında “Ayaks”dan 20 milyon avroya transfer edib. 24 yaşlı forvard cari mövsümdə “qara pişiklər”in heyətində meydana çıxdığı 8 rəsmi matçda 3 qol vurub.