- Baxış sayı: 63
- 04 Noyabr 2026 21:43
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Nankində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.
Allsport.az xəbər verir ki, batut gimnastikasının fərdi proqramında mübarizə aparan təmsilçilərimizdən Selcan Mahsudova 56,390 xal toplayaraq təsnifatı 12-ci pillədə başa vurub və yarımfinala yüksəlib.
Kişilərin fərdi yarışında qüvvəsini sınayan Maqsud Mahsudov isə 62,180 xalla 10-cu yeri tutaraq yarımfinal iştirakçısı olub.
Xatırladaq ki, Mahsudovlar daha əvvəl qarışıq sinxron proqramda 50,250 xal toplayaraq növbəti mərhələyə vəsiqə qazanmışdılar.
Noyabrın 4-də başlayan dünya çempionatı ayın 8-dək davam edəcək.