- Baxış sayı: 90
- 01 Noyabr 2026 11:20
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Noyabrın 11-12-də Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı təşkil olunacaq.
Allsport.az xəbər verir ki, qitə birinciliyində 12 ölkədən 80-ə yaxın idmançı mübarizə aparacaq.
Azərbaycanda ilk dəfə keçiriləcək yarışla bağlı noyabrın 5-də Milli Olimpiya Komitəsinin inzibati binasında görüş təşkil olunub.
Görüşdə Azərbaycan deflimpiya komitəsinin baş katibi Namiq Novruzov, MOK-un idman idarəsinin müdiri və ADK-nın idman şöbəsinin rəhbəri Həsənağa Rzayev, komitə əməkdaşları və könüllülər iştirak ediblər.