- Baxış sayı: 24
- 05 Noyabr 2026 23:54
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycanda əvvəllər fəaliyyət göstərən “Muğan” klubunda oynamış moldovalı futbolçu Vadim Kriçmar 38 yaşında vəfat edib.
Allsport.az xəbər verir ki, o, ağır onkoloji xəstəliklə mübarizə aparırdı. Kriçmar bu ilin mart ayından müalicəsini İtaliyada davam etdirib.
Hazırda futbolçunun cənazəsinin İtaliyadan vətəninə gətirilməsi üçün ölkəsində maddi yardım kampaniyası təşkil olunur.
Vadim Kriçmar 2009-2011-ci illərdə “Muğan” klubunda çıxış edib. Yarımmüdafiəçi Salyan təmsilçisinin heyətində meydana çıxdığı 16 oyunda 1 qol vurub.