Uğursuz seriyaya son qoydu

Uğursuz seriyaya son qoydu

“Barselona” UEFA çempionlar liqasının əsas mərhələsinin IV turunda “Aston Villa”nı 3:0 hesabı ilə məğlub edib.

Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisi bununla da turnirdə uzun müddət davam edən uğursuz seriyasına son qoyub.

Belə ki, “Barselona” 2025-ci il aprelin 9-dan sonra ilk dəfə çempionlar liqasında qapısını toxunulmaz saxlayıb. Həmin gün komanda Dortmund “Borussiya”sını 4:0 hesabı ilə məğlub edib.

Bununla da kataloniyalıların ardıcıl 18 oyunda qol buraxmaq seriyası qırılıb. Bu, klub tarixində ən uzun belə seriya olub.

Həmin kateqoriyadan