Avropa Oyunları ilə “Nestle” arasında rəsmi dəstək müqaviləsi imzalandı

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu il ölkəmizdə keçiriləcək ilk Avropa oyunlarının şirniyyat təchizatının təmin edilməsi məqsədi ilə “Nestle” Azərbaycan şirkəti ilə müqavilə imzalayıb. Allsport.az xəbər verir ki, imzalanmış müqavilənin şərtlərinə əsasən dünyanın qabaqcıl şirkətlərindən biri olan “Nestle” Avropa oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün məkanlarda idman azarkeşlərini kofe, qənnadı məmulatları və müslişokoladları ilə təmin edəcək.

Müqavilədə nəzərdə tutulan Nestlé məhsullarına KIT KAT, LION, NESTLÉFITNESS və NESCAFÉ daxildir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçıdirektoru cənab Saymon Kleq çıxışında bildirib: “Nestle” ticarət nişanı bütün dünyada tanınır və ilk Avropa Oyunlarının çox dəyərli təchizatçısı olacaq”.

“Nestle” şirkəti Avropa Oyunları ilə tərəfdaşlıq edən və idman təqviminə daxiledilən bu möhtəşəm hadisəyə dəstək göstərən digər tanınmış beynəlxalq vəAzərbaycan şirkətləri sırasına daxil oldu”.

Qeyd edək ki, Nestlé Azərbaycan şirkəti, Azersun Holding, Bazarstore, McDonald’s Azərbaycan, Milla, Motorola Solutions, NAZ, Sitecore vəT ickethourşirkətlərindən sonra, ilk Avropa Oyunlarına qoşulan sayca doqquzuncu rəsmidəstəkçi oldu.

Həmin kateqoriyadan