“Avropa Oyunları qitədə idmanı daha da inkişaf etdirəcək”

İrlandiyanın “Irish Independent” qəzeti “Baku-2015” birinci Avropa Oyunlarında iştirak edəcək İrlandiya komandası haqqında məqalə dərc edib. Allsport.az xəbər verir ki, məqalədə Avropa Oyunlarında İrlandiyadan 45-50 idmançının iştirak edəcəyi bildirilib.

Qeyd edilir ki, bu ölkənin boksçusu Katie Taylor qızıl medal qazanmağı qarşısına məqsəd qoyub. Avropa Oyunlarında iştirak edəcək İrlandiya komandasının rəhbəri Dermot Henihan qeyd edib ki, bu Oyunlar qitə idmançılarına daha çox medal qazanmaq şansı verəcək.

“Asiya Oyunları, Pan-Amerika Oyunları olduğu halda nəyə görə Avropa Oyunları olmasın?” D.Henihan diqqətə çatdırıb ki, Avropa Oyunları qitə idmançılarını daha irəliyə aparacaq, idmanı daha da inkişaf etdirəcək.

Həmin kateqoriyadan