Avropa Oyunları Türkiyədə ən maraqla izlənilən media mövzusudur

Bakı-2015 Türkiyə mediasının ən maraqlı mövzusuna çevrilib. Allsport.az xəbər verir ki, vaxtaşırı Azərbaycanda ezamiyyətdə olan media mənsubları Oyunlara hazırlıq işlərinin vəziyyəti, beynəlxalq idman yarışları sahəsində tətbiq olunan yeniliklər, o cümlədən ölkəmizin hərtərəfli inkişafı barədə rəngarəng reportajlar hazırlayırlar. Bu materiallar qardaş ölkə mediasının manşet xəbərləri kimi təqdim olunur.

Bakı-2015 barədə Türkiyənin televiziya ekranlarında yayılan videomateriallar Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına yüksək səviyyəli hazırlıq işləri barədə aydın təsəvvür yaradır.

Media xəbərlərində Bakı-2015 üçün inşa olunan idman obyektləri, idmançıların və qonaqların qarşılanması və yerləşdirilməsi, hərtərəfli xidmət üçün səfərbər olunmuş imkanlar, həmçinin ilk Avropa Oyunlarının Azərbaycanda böyük sevgi və həyəcanla qarşılanması barədə geniş məlumatlar verilir. Bu mövzu sosial şəbəkədə də maraqla paylaşılır.

Həmin kateqoriyadan