“Avropa Oyunlarına hazırlıq plan üzrə davam edir”

“Avropa Oyunlarına hazırlıq plan üzrə davam edir və bütün idman obyektləri aprelin sonunadək istifadəyə veriləcək”. Allsport.az xəbər verir ki, bu sözləri “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində keçirilən tədbirdə gənclər və idman naziri (GİN) Azad Rəhimov deyib.

Rəhimov bildirib ki, təhlükəsizlik və nəqliyyat sahəsində də mühüm işlər həyata keçilib. “Bakı-2015”ə 18 minədək könüllü cəlb olunacaq. Onların beş mini Avropa Oyunlarının mərasimlərində çıxış edəcək.

Sonra GİN-in sektor müdiri Mirkamil Rəhimov Azərbaycan idmançılarının hazırlığı barədə məlumat verib. O qeyd edib ki, idmançıların hazırlıq prosesi üç mərhələdə aparılıb. Bu mərhələlər ərzində idmançılar müxtəlif təlim toplanışlarında iştirak edib və beynəlxalq turnirində qüvvələrin sınayıblar.

Həmin kateqoriyadan