Bakı-2015-də idman arenaları və hotellərə rahat getmək üçün məntəqələr hazırlanacaq

İlk Avropa Oyunlarının keçirildiyi günlərdə azarkeşlərin və qonaqların idman arenalarına və mehmanxanalara rahat getmələri üçün xüsusi məntəqələr yaradılacaq. Allsport.az xəbər verir ki, bu sözləri “Bakı-2015” Əməliyyat Komitəsinin nəqliyyat departamentinin rəhbəri Panos Protopsaltis deyib.

O bildirib ki, bu məntəqələr metronun “Gənclik”, “20 Yanvar”, “Koroğlu”, “Elmlər Akademiyası”, “28 May” və “Nizami” stansiyalarının yaxınlığında quraşdırılacaq. Azarkeşlər və qonaqlar həmin məntəqələrdə “Ekspres” avtobusların xidmətindən yararlanacaqlar. Yüksək səviyyəli xidmət göstərəcək avtobuslar yarış günlərində “Bakı-2015” üçün nəzərdə tutulan marşrut üzrə hərəkət edəcək.

Həmin kateqoriyadan