Avropa Oyunlarında Latviyanı təqribən 70 idmançı təmsil edəcək

Bakıda keçiriləcək ilk Avropa Oyunlarına 85 gün qalır. Allsport.az xəbər verir ki, Avropa qitəsinin ən maraqlı idman yarışlarında Latviyanı təqribən 70 idmançı təmsil edəcək.

Avropa oyunlarında iştirak etmək üçün idmanın bir çox növləri üzrə təsnifat yarışları artıq başa çatsa da, idmançıların seçimi aprel ayına qədər davam edəcək. Latviya Olimpiya Komitəsinin (LOK) prezidenti Aldons Vrublevskis bildirib ki, Latviya komandasının büdcəsi təqribən 210 000 avroya bərabərdir. O deyib ki, Mili İdman Şurası Latviyanın komandasına əlavə vəsaitin ayrılması barədə razılığa gəlib. Bu isə o deməkdir ki, mövcud 50 min avroya 158 400 avro əlavə edilə bilər. Vəsait komandanın dolanışığı üçün nəzərdə tutulub.

LOK-nin prezidenti bildirib ki, Avropa oyunları iştirakçılarının dəqiq siyahısı idmanın bütün növləri üzrə seçim yarışları başa çatandan sonra – yazın sonunda və ya yayın əvvəlində təqdim olunacaq.

Həmin kateqoriyadan