Bakı-2015-in gedişində dəmir yolu stansiyalarında məlumatlar xarici dillərdə səsləndiriləcək

Bakı-2015-in keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına əsasən Biləcəri, Lökbatan, Baş Sumqayıt dəmir yolu vağzallarında sərnişinlər üçün lazımi şərait yaradılıb. Allsport.az saytı xəbər verir ki, Balakən dəmir yolu vağzalının dam örtüyü tam, Gəncə vağzalı isə əsaslı təmir edilib. Digər vağzallarda da yenidənqurma işlərinin aparılması planlaşdırılır.

Bu barədə AzərTAc-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov məlumat verib. O, həmçinin qeyd edib ki, Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda, Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri də görülüb. İlk Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

Həmin kateqoriyadan