2 nazir Avropa Oyunları ilə bağlı nələri müzakirə etdi?

Fevralın 11-də Mədəniyyət və Turizm Nazirliyində Bakı-2015-ə hazırlıqla əlaqədar mədəni və turizm proqramlarının təşkili ilə bağlı yaradılmış işçi qrupun iclası keçirilib. Allsport.az xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, gənclər və idman naziri Azad Rəhimovun və hər iki qurumun məsul şəxslərinin iştirakı ilə baş tutan iclas Avropa Oyunları zamanı ölkəmizə gələn qonaqlara təqdim ediləcək yüksək səviyyəli mədəni proqramların təşkilinin müzakirəsinə həsr olunub.

İclasda Avropa Oyunlarının davam etdiyi günlərdə ölkəmizdə fəaliyyət göstərən teatr-konsert müəssisələrində, kinoteatrlarda, muzeylərdə, açıq havada qonaqlar üçün təqdim ediləcək proqramlar, onların Azərbaycanın mədəni irsi, incəsənəti ilə yaxından tanış olması məqsədilə hazırlanmış əlavə xidmətlər haqqında məlumat verilib. Eyni zamanda daha geniş və əhatəli tədbirlərin hazırlanması məsələsi müzakirə edilib.

Həmin kateqoriyadan