Avropa Oyunlarının sambo yarışlarında İspaniyanı təmsil edəcək idmançılar müəyyənləşdi

“Bakı-2015”də samboçular arasındakı yarışlarda İspaniyanı təmsil edəcək idmançılar məlum olub. Allsport.az xəbər verir ki, Luis Menendes və Yaiza Ximenes sambo üzrə İspaniyanın çempionu olublar.

Menendes Madriddə keçirilmiş final görüşündə 74 kq çəki kateqoriyasında həmyerlisi Viktor Karavakanı məğlub edərək həm özünün İspaniya çempionu titulunu qoruya bilib, həm də “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb. Avropa Oyunlarında kişi samboçular arasındakı yarışlarda İspaniyanı Menendes təmsil edəcək.

Bakıdakı oyunlarda kişilər arasında ən çox samboçu 74 kq çəki kateqoriyasında yarışacaq. Bu kateqoriya üzrə yarışlarda “Bakı-2015”də Fransa, İrlandiya, İtaliya, Latviya, Polşa, Sloveniya və Türkiyədən bir samboçu iştirak edəcək.

“Bakı-2015” Avropa Oyunlarında iştirak etmək hüququ qazanan digər ispaniyalı qadın samboçu Yaiza Ximenes olub. O, Madriddə qadınlar arasında 60 kq çəkidə tam üstünlüklə çempion adına sahib olub. Ximenez həm də keçən il Avropa çempionatında iştirak edib.

Həmin kateqoriyadan