“Bədii gimnastika üzrə Rusiya yığması Avropa Oyunlarında güclü heyətlə çıxış edəcək”

Bədii gimnastika üzrə Rusiya yığması birinci Avropa Oyunlarında güclü heyətlə çıxış edəcək. Allsport.az xəbər verir ki, bu sözləri Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova deyib.

Viner-Usmanova deyib ki, Bakıdakı Oyunlarda Avropa bədii gimnastikası tam şəkildə təmsil olunacaq. Avropa Oyunları bizim üçün Olimpiya Oyunları səviyyəsindədir. Bu baxımdan Rusiya yığmasının heyəti çox güclü olmalıdır.

O, Rusiya yığmasının heyətində Marqarita Mamun, Yana Kudryavtseva və Aleksandra Soldatovanın iddialı olduqlarını bildirib.

Birinci Avropa Oyunlarında gimnastika yarışları iyunun 17-21-də keçiriləcək.

Həmin kateqoriyadan