Bakı-2015-ə 1300-dən çox jurnalist gəlmək istəyir

İyunda keçiriləcək Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün 1300-dən çox jurnalist ərizə verib. Allsport.az xəbər verir ki, bu barədə “İnside the Games” məlumat yayıb. Bu ərizə sayına yayımçılar daxil deyil. Sayt qeyd edir ki, belə bir müraciət sayı əvvəl qeydə alınmayıb və yaxın həftələrdə ərizələrə baxılacaq.

“Bu reaksiya heyrət doğurur və ilk Avropa Oyunlarının son 50 ildə qlobal idman təqvimində ən həyəcanlı və mühüm hadisələrdən olduğunu göstərir,” Bakı 2015-in icraçı direktoru Saymon Kleq deyib. Onun sözünə görə, akkreditasiya sistemi Beynəlxalq Olimpiya Komitəsinin müəyyənləşdirdiyi, Avropa Olimpiya Komitələrinin qəbul etdiyi qaydalara uyğun həyata keçiriləcək.

Kleq bildirib ki, bütün akkreditələr Azərbaycana viza rolunu oynayacaq, açılış mərasimindən 30 gün əvvəl və bağlanış mərasimindən 60 gün sonra ölkədə qalmağa icazə verəcək. Ötən ay Bakı-2015, yüksək marağı nəzərə alaraq akkreditə müraciətləri üçün son tarixi aprelin 3-dək uzadıb.

Mətbuat təmsilçilərinə məsləhət görülür ki, yeni tikilmiş Media kəndində yer götürsünlər, çünki yerlərin sayı məhduddur. Səhər yeməyi daxil olmaqla birnəfərlik otaqların bir gecəlik qiyməti 50 avro (£36/$54), iki nəfərlik otaqlar isə at 65 avrodur (£47/$71).

Media kəndi İdmançılar Kəndi ilə yanaşıdır. Binalar “Koroğlu” metrostansiyası yaxınlığında, nəqliyyatın sıx olduğu yerdədir.

Həmin kateqoriyadan