Bakı 2015 Alovunun səyahəti Naxçıvandan başlayır

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda, Atəşgah məbədindən götürdüyü alovu ilk məşəlçiyə verdikdən sonra, alovun ölkəmizin 60 regionuna 48 günlük səyahətinə start verilir. Allsport.az xəbər verir ki, alovun Naxçıvana səyahəti münasibətilə Naxçıvan şəhərində təşkil olunacaq festivalın böyük təmtəraqla keçəcəyi gözlənilir.

İlk olaraq, məşəllə qaçacaq Polad Əliyevin ardınca müvafiq qardıcıllıqla, Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Xanım Xudadanova alovu, umumilikdə, 4.1 məsafədə aparacaqlar.

Son illər Naxçıvanın idman həyatı bir sıra beynəlxalq tədbirlələ zəngin olub. 2003-cü ildə Naxçıvan şəhərində şahmat üzrə, gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilib. Burada həmçinin, usta şahmatçılar arasında ənənəvi “Naxçıvan Open” beynəlxalq turniri və hər il gənc sərbəst güləşçilərin “Naxçıvan kuboku” uğrunda beynəlxalq komanda yarışı təşkil olunur.

Azərbaycan xalqının milli lideri Heydər Əliyev Naxçıvan şəhərində anadan olub və ayrı-ayrı illərdə burada yaşayıb, siyasi fəaliyyət göstərib.

Azərbaycanın ən qədim torpaqlarından olan Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə 1 şəhər və 7 rayon daxildir. Sahəsi 5 502 km², əhalisi isə 2014-cü ilin statistikasına görə, 435 400 nəfərdir. Rəvayətə görə, Nuh peyğəmbər Naxçıvanda dəfn olunub və hazırda burada Nuhun qəbrüstü türbəsi mövcuddur. Naxçıvan həmçinin Əshabu-Kəhf ziyarətgahı, Duzdağ və Mömünə xatun türbəsi ilə də məşhurdur.

Həmin kateqoriyadan