Bakı-2015-də Niderlandı təmsil edəcək dağ velosipedçisi məlum olub

Bakı-2015 birinci Avropa Oyunlarında Niderlandı təmsil edəcək dağ velosipedçisi məlum olub. Allsport.az xəbər verir ki, Hollandiyanı bu idman növündə 23 yaşlı idmançı Mişel van der Heyden təmsil edəcək.

M.Van der Heyden Hollandiya Milli Olimpiya Komitəsinin tələblərinə cavab verdiyi üçün onun Avropa Oyunlarında iştirakı təsdiqlənib. İdmançı 2014-cü il dekabr 31-də Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) milli reytinq cədvəlində 10-cu yerdə qərarlaşmaqla Avropa Oyunlarına qatılmaq üçün lisenziya qazanmışdı.

M.Van der Heyden 2009-cu ildə keçirilən dağ velosipedi üzrə Avropa çempionatında gümüş, bir il sonra təşkil edilən Avropa çempionatında isə bürünc medal qazanıb. Bakı-2015 Avropa Oyunlarında həm kişilər, həm də qadınlar arasında dağ velosipedi yarışları iyunun 13-də Dağ Velosipedi Parkında keçiriləcək.

Həmin kateqoriyadan