“Bakı-2015 Rioda keçiriləcək yarışlar üçün dönüş nöqtəsi olacaq”

Çimərlik voleybolunun mahir ustası Riikka Lehtonen əmindir ki, Avropa Oyunları Rio-2016 istiqamətində dönüş nöqtəsi olacaq. Allsport.az xəbər verir ki, CEV Çempionları Liqasında “Cannes” fransız klubu ilə görüşdə iki dəfə qalib olan finlandiyalı oyunçuya oyundaşı Taru Lahti ilə birlikdə Bakı-2015-də iştiraka artıq vəsiqə verilib. Finlandiyadan çimərlik voleybolu üzrə iki qadın komandası yarışacaq, o biri komandanı Emiliya və Erika Nyström bacıları təmsil edəcəklər.

Bakı-2015 başlayanda 35 yaşlı Lehtonen əslində müəyyən mənada özünü evində hiss edəcək, çünki əslən Kanqasaladan olan bu oyunçu 2013-cü ildən “Azərrail” Bakı klubunda oynayır. Onun 2006-cı ildə “Berqamo” İtaliya klubu ilə Çempionlar Liqasında ilk dəfə Azərbaycanın paytaxtına səfərindən sonra şəhər çox dəyişilib.

“O vaxtlar Bakı yaşıllıq olmayan köhnə Rusiyaya oxşayırdı,” – deyə Lehtonen “Helsingin Sanomat” qəzetinə müsahibə verərkən bildirib və belə qeyd edib: “İrəliyə doğru böyük dəyişikliklər olub. Bakı böyük məbləğdə investisiyalar vasitəsilə valehedici həllər təklif etməyə kömək edən Dubayı xatırladır”.

Lehtonenin əmindir ki, Bakı-2015 çox gözəl bir tədbir olacaq, xüsusilə də çimərlik voleybolunun Rio-2016 Olimpiya Oyunlarına daxil olmasını bildikdə, o belə deyib: “Bakı, Rio üçün yaxşı dönüş nöqtəsi və təcrübədir”.

Beynəlxalq Voleybol Federasiyasının (FİVB) 2015-ci il çimərlik voleybolu mövsümü aprelin 21-də Çində Açıq Fuçjou Oyunları ilə başlayır. Yarışlar aprelin 26-dək davam edəcək.

Həmin kateqoriyadan