Bakı Avropa Oyunlarına hazırdır

8 Dekabr 2012-ci il tarixində Avropa Olimpiya Komitəsi elan etdi ki, təntənəli Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Allsport.az xəbər verir ki, iki il yarımdan sonra şəhər dünyanın ən yeni əsas idman tədbirini həyata keçirməyə hazırdır.

Yeni inşa edilmiş Olimpiya Stadionu 12 iyun tarixində Azərbaycan sehri və bənzərsiz istedadı ilə dolub daşan yeganə Açılış Mərasiminə ev sahibliyi edəcək. Bu tədbir üçün bilet əldə edən şanslı insanlarla yanaşı dünyanın idman azarkeşləri də Oyunların başlaması müjdəsini vermək üçün ölkənin mədəniyyət və ruhunun güclü şəkildə nümayişinə şahid olacaqlar.

17 günlük yarışda qitənin ən yaxşı idmançıları 20 idman növü üzrə mübarizə aparacaqlar. Onlar sadəcə ilk Avropa Oyunlarının medalına sahib olmayacaqlar, eyni zamanda 12 idman növü üzrə Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.

Bakı 2015-in Məşəli ölkənin 60 bölgəsini səyahət etdikdən sonra idmanın birləşdirici ruhunu və gücünü yenidən gözlər önünə gətirib. Azərbaycanın Prezidenti İlham Əliyevin qədim Atəşgah məbədində yandırdığı məşəl 48 gün dayanmadan xalqın ən sevimli idman qəhrəmanları və mədəniyyət xadimləri tərəfindən səyahət etdirilib.

Bakı hazırdır. Şəhər ilk Avropa Oyunlarının isti qarşılanmasına hazırlanıb. Azərbaycanın paytaxtında tarixi hadisə üçün gimnastların nəzakəti, üzgüçülərin gücü və sambo güləşçilərinin qüvvətindən asılı olacaq tarixi tədbir gözlənilir.

Həmin kateqoriyadan