“”Bakı-2015″də Azərbaycan və Ermənistan idmançılarının birgə iştirakı pozitiv əlamətdir”

“Münaqişəyə baxmayaraq, Azərbaycan və Ermənistan idmançılarının Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakı pozitiv əlamətdir”. Allsport.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Agentliyinə (UNCHR) müsahibəsində Beynəlxalq Olimpiya Komitəsinin sabiq sədri, BMT baş katibinin qaçqın gənclər və idman sahəsi üzrə xüsusi elçisi Jak Roqqe bildirib.

O vurğulayıb ki, idman xalqlar arasında körpü salır, qarşılıqlı hörmət və sülh yaradır: “İştirak etdiyim bütün Olimpiya oyunlarında, Olimpiya şəhərlərində müxtəlif millətlərə, dil və dinlərə mənsub olan atletləri birlikdə sülhlə yaşamasını görmüşəm”, – deyə J.Roqqe əlavə edib.

Həmin kateqoriyadan