Belarusun Avropa Oyunları üçün yekun heyəti may ayında müəyyənləşəcək

Belarus Respublikasının Milli Olimpiya Komitəsində Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq üzrə işçi qrupunun iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda ölkənin mədəniyyət və turizm naziri Aleksandr Qaqiyev və Belarus missiyasının başçısı Dmitri Dovqalyonok iştirak ediblər.

Belarus atletləri artıq 22 idman növündə 157 lisenziya əldə ediblər. Ölkənin bir çox məşhur atletləri Bakıda baydarka və kanoedə avarçəkmə, bədii gimnastika, güllə atıcılığı, sərbəst güləş (qadınlar), batut üstündə tullanma, sambo və dəniz voleybolu üzrə yarışacaqlar.

Birinci Avropa Oyunlarında kamandan oxatma ustaları Anton Prilepov, Yelena Tolkaç, Pavel Dalidoviç, Aleksandr Lyaquşev, Anna Marusova, Yekaterina Timofeyeva, velosiped idman ustaları Vasili Kiriyenko, Yelena Omelyusik, Konstantin Sivtsov, Tatyana Şarakova, Yevgeni Qutaroviş kimi ən güclü idmançılar çıxış edəcəklər.

Belarus yığmasının son tərkibi mayın əvvəlində müəyyən ediləcək. İyunun 9-da isə idmançılar Bakıya yola düşəcəklər. Mütəxəssislərin proqnozuna görə, Belarus atletləri 35 medal uğrunda mübarizə aparmaq iqtidarındadırlar.

Həmin kateqoriyadan