“Birinci Avropa Oyunlarında himnimizi eşitmək və bayrağımızı yüksəltmək ən böyük arzumdur”

Azərbaycanın tanınmış 3×3 basketbol oyunçularında biri Amil Həmzəyevdir. Allsport.az xəbər verir ki, Həmzəyevin ən böyük nailiyyəti Avropa İnkişaf Kubokunu ardıcıl iki dəfə qazanmasıdır.

Həmzəyev hesab edir ki, açıq havada oynanıldığı üçün basketbol 3×3-ün ən böyük çətinliyi hava şəraitindən asılılığıdır:

“Bakı-2015” Avropa Oyunlarında himnimizi eşitmək və bayrağımızın yüksəltmək ən böyük arzumdur. Mənim üçün ən yaddaqalan oyun Azərbaycan çempionatında Gəncə komandasının tərkibində Bakı Dövlət Universitetinin təmsilçisi ilə görüş olub. Çünki həmin oyunda mən 144 xalla Azərbaycan basketbolunda rekord nəticə göstərməyə nail oldum”.

Həmin kateqoriyadan